Türkiyədəki meşə yanğınlarına kömək məqsədilə Azərbaycanın göndərdiyi amfibiya təyyarəsi fəaliyyətə başlayıb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
Bu gün səhər saatlarından etibarən isə təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.