Türkiyə kəşfiyyatı yunan casusu saxladı

09:25 - 26 İyun 2022

Türkiyə kəşfiyyatı yunan casusu saxladı

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı (MİT) casusluq etdiyi aşkarlanan Yunanıstan vətəndaşını saxlayıb.

Manset.az xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.

Yunanıstan vətəndaşı Mohammed Amar Amparanın sahibkarlıq adı altında Türkiyəyə səfərlər etdiyi, casusluq fəaliyyətini ticarətlə ört-basdır etdiyi vurğulanır. Amparanın məqsədi sərhəddə Yunanıstan kəşfiyyatına Türkiyə Silahlı Qüvvələrinin bölmələri haqqında məlumat ötürmək olub.

Bundan əlavə, o, Türkiyədəki suriyalılar və ölkədə qadağan olunmuş FETÖ-nün tərəfdarları haqqında məlumatlar toplayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az