Azərbaycan-Ukrayna beynəlxalq alyansın sədri Elmar Məmmədov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsini təbrik edib.
Manset.az təbrik məktubunu təqdim edir:
Hörmətli Fuad müəllim!
"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı adından və şəxsən öz adımdan Sizi yüksək şəxsi keyfiyyətlərinizin birbaşa təsdiqi olan layiqli mükafat almağınız münasibətilə təbrik edirəm!
Sizin fəaliyyətiniz və səyləriniz Respublika rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmişdir. Arzu edirəm ki, bu mükafat Sizə daim gələcək uğurlar üçün stimul olsun!
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, sülh və firavanlıq arzulayıram!