İsrailin müdafiə naziri Benni Hantz ABŞ Prezidenti Co Baydenin qarşılanma mərasimi zamanı dişləri ilə plastik su butulkasını açmağa çalışıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən görüntülər sürətlə sosial şəbəkələrdə yayılıb.
Videoda görünür ki, 63 yaşlı yüksək vəzifəli məmur qeyri-standart üsulla - dişləri ilə şüşəni açmaq istəyir.
Mərasimdə ABŞ liderinin və çox sayda digər insanların olması onu heç də narahat etməyib.