Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü

19:25 - 15 İyul 2022

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

Manşet.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı bölgədə cari vəziyyət, Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 22 may tarixli Brüssel görüşünün davamı olaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən əldə edilmiş razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az