Zaxarova Qırğızıstanın KTMT təlimlərindən imtinasını şərh etdi - VİDEO

19:52 - 11 Oktyabr 2022

Zaxarova Qırğızıstanın KTMT təlimlərindən imtinasını şərh etdi - VİDEO

“Oktyabrın 3-5-də KTMT-nin baş katibi Stanislav Zas Bişkekdə uğurlu təmaslar, o cümlədən Qırğızıstan Prezidenti Sadır Japarov ilə danışıqlar aparıb. Danışıqların nəticələri Mərkəzi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində KTMT-nin rolunun gücləndirilməsi istiqamətində ümumi səylərin olduğunu göstərir”.

 

Manset.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə News.ru müxbirinin Qırğızıstanın KTMT təlimlərindən imtinası ilə bağlı sualına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Qırğızıstan Rusiyanın MDB-də mühüm tərəfdaşıdır və gələn ildən bu ölkə bu təşkilatda sədrliyə keçəcək. Hazırda  isə Bişkek MDB-nin nizamnamə orqanlarının işində yüksək səviyyədə iştirak edir.

“Oktyabrın 12-də Qazaxıstanda keçiriləcək MDB sammitində Qırğızıstan prezidentinin və xarici işlər nazirinin iştirakı da planlaşdırılır”, - deyə Zaxarova əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az