Ceyhun Bayramovdan Bərdənin bombalanması ilə bağlı PAYLAŞIM - FOTO

17:39 - 27 Oktyabr 2022

Ceyhun Bayramovdan Bərdənin bombalanması ilə bağlı PAYLAŞIM - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Bərdəyə raket hücumunun ikinci ildönümü ilə bağlı paylaşım edib.

 

Manset.az xəbər verir ki, o, bu barədə özünün tvitter hesabında yazıb. 

"Oktyabrın 27-28-də fəal hərbi əməliyyatlar zonasından kənarda əhalinin sıx məskunlaşdığı hissəyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Biz bu müharibə cinayəti nəticəsində xaincəsinə öldürülənləri xatırlayır və hörmətlə anırıq", - deyə nazir bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az