Azərbaycan Ermənistandan cavab gözləyir - Ceyhun Bayramov

16:40 - 28 Oktyabr 2022

Azərbaycan Ermənistandan cavab gözləyir - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

 

Bu barədə XİN-dən Manset.az-a daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov regionda cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri, gələcək sülh müqaviləsi üzrə işə başlanılması istiqamətində Azərbaycanın məlum mövqeyi və təklifi, habelə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Cenevrə görüşünün nəticəsində Ermənistana təqdim edilmiş sülh müqaviləsinin elementlərinə dair qarşı tərəfdən hələ də cavab gözlənildiyini diqqətə çatdırıb.

Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az