Gələn il azad edilmiş ərazilərdə 48 layihə icra olunacaq

18:03 - 31 Oktyabr 2022

Gələn il azad edilmiş ərazilərdə 48 layihə icra olunacaq

Gələn il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinə 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

 

Manset.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə qeyd edilib ki, bu, 2021-ci ilin icrasından 821,6 milyon manat və 37,7 %, 2022-ci ilin proqnozundan isə 330 milyon manat və 12,4 % çoxdur. Həmin xərclərin ilkin bölgüsü üzrə (Ehtiyat və Prezidentin 4 iyul 2022-ci il tarixli fərmanına əsasən, ayrılmış 470 milyon manat məbləğində əlavə vəsaitin bölgüsü nəzərə alınmadan) cari ildə sifarişçi təşkilat üzrə həyata keçirilən 68 layihədən 20-nin başa çatması, 48-nin icrasının isə 2023-cü ildə davam etdirilməsi nəzərdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az