NATO Mərkəzi və Şərqi Avropada hərbi gücünü 2,5 dəfə artırdı - Rusiya

16:25 - 02 Noyabr 2022

NATO Mərkəzi və Şərqi Avropada hərbi gücünü 2,5 dəfə artırdı - Rusiya

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarus hərbi rəsmiləri ilə birgə iclasda çıxışında Rusiyanın qərb sərhədlərindəki vəziyyətlə bağlı açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şoyqu bildirib ki, fevral ayından etibarən NATO-nun Mərkəzi və Şərqi Avropadakı hərbi qüvvələrinin sayı 2,5 dəfə artaraq 30 mini keçib.

Şoyqu bildirib ki, Kollektiv Qərbin dağıdıcı səylərinin əsas məqsədi Rusiya və Rusiyanın iqtisadi, hərbi potensialının və müstəqil xarici siyasətinin qarşısını almaqdır:

“Mərkəzi və Şərqi Avropada, Baltikyanı ölkələrdə, qeyri-regional NATO üzv dövlətlərinin silahlı qüvvələri yerləşdirilir. Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada yeni çoxmillətli batalyon taktiki qrupları yaradılır. 2022-ci ilin fevral ayından hərbi qrupların sayı 2,5 dəfə artaraq 30 min nəfərdən çox olub və qısa müddətdə bu rəqəm daha da arta bilər”.

Bölgədə NATO əsgərlərinin artırılması nəticəsində Rusiyanın müttəfiqlərinin, xüsusilə də Belarusun təhlükə altında olduğuna diqqət çəkən Şoyqu, Rusiyanın əsas vəzifəsinin Belarusla qurduqları Birlik dövlətinin təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az