İtaliyada torpaq sürüşməsi baş verdi: 13-dən çox insan itkin düşdü - FOTO

17:17 - 26 Noyabr 2022

İtaliyada torpaq sürüşməsi baş verdi: 13-dən çox insan itkin düşdü - FOTO

İtaliyanın İskia adasında daşqın nəticəsində torpaq sürüşməsi baş verib.  

Manset.az xəbər verir ki, nəticədə ən azı 13 nəfər itkin düşüb ki, onlar arasında yeni doğulmuş körpə də var.

Bu barədə polisdən məlumat verilib.

Xilasetmə xidmətləri tərəfindən axtarışlar aparılır.

Bu gün İtaliya hökuməti dörd bölgədə - Kampaniya, Molize, Lasio və Siciliyada güclü yağış və ildırım səbəbindən narıncı səviyyədə hava xəbərdarlığı elan edib. Digər 11 bölgədə isə sarı səviyyə tətbiq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az