Vilayət Eyvazov Rüfət Allazovu DİN-də yüksək vəzifəyə təyin etdi

16:44 - 28 Noyabr 2022

Vilayət Eyvazov Rüfət Allazovu DİN-də yüksək vəzifəyə təyin etdi

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az