Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı- YENİLƏNDİ

22:50 - 28 Noyabr 2022

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı- YENİLƏNDİ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin Zirvə toplantısına hazırlıq müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az