Ceyhun Bayramov Çavuşoğlu ilə GÖRÜŞDÜ

09:17 - 01 Dekabr 2022

Ceyhun Bayramov Çavuşoğlu ilə GÖRÜŞDÜ

Ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

 

Bu barədə Manset.az-a a Azərbaycan XİN-dən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az