Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordeni TƏQDİM ETDİ

12:47 - 06 Dekabr 2022

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordeni TƏQDİM ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.

 

Manset.az xəbər verir ki, o, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az