Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla bağlı bu məsələni müzakirə etdi

19:17 - 08 Dekabr 2022

Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla bağlı bu məsələni müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda keçirdiyi görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

 

Manset.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub.

N.Paşinyan və T.Klaar həmçinin regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və yolların açılmasını da müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az