Naxçıvandan Bakıya gətirilərək dindirildiyi deyilən nazirdən AÇIQLAMA

11:37 - 10 Dekabr 2022

Naxçıvandan Bakıya gətirilərək dindirildiyi deyilən nazirdən AÇIQLAMA

Ötən gün bir sıra saytlarda Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar naziri, onunla bərabər “Cahan” Şirkətlər Qrupunun prezidenti Vüqar Abbasovun saxlanılaraq dindirilməsi üçün Bakıya gətirildiyi bildirilirdi.

 

Manset.az məsələ ilə bağlı Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında xəbərin yalan olduğunu bildirib.

‘Son dövrlər mənim haqqımda mətbuatda cəfəngiyyatlar yazırlar. Bu məlumat da yalan və cəfəngiyyatdır. Hazırda Naxçıvanda işimin başındayam. Yazılanlar şər və böhtandır.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az