Türkmənistan, Azərbaycan və Türkiyə nəqliyyat nazirlərinin görüşü keçirildi - FOTO

19:57 - 13 Dekabr 2022

Türkmənistan, Azərbaycan və Türkiyə nəqliyyat nazirlərinin görüşü keçirildi - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanda keçirilən Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşündə iştirak edib.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, R.Nəbiyev görüşdə son 20 ildə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra iri regional nəqliyyat və kommunikasiya layihələrinin təşəbbüskarı olduğunu bildirib.

“Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası – bütün bu layihələr daha geniş regional əməkdaşlığa hesablanıb və geostrateji coğrafi mövqeyi olan ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirir”, - deyə nazir qeyd edib.

Qeyd olunub ki, alternativ marşrutlara nisbətən qısa olan Orta Dəhliz rəqabətqabiliyyətliyi baxımından daha əlverişlidir. Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcək və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq digər bir amil Zəngəzur dəhlizinin ən qısa müddətdə açılmasıdır.

Vurğulanıb ki, Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz tranzit keçidi olmaqla Çin və Mərkəzi Asiya ölkələrinin Avropa istiqamətində nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin etmiş olacaq, həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit marşrutları üzrə yük keçirmə qabiliyyətini artırmaq imkanı yaradacaq.

"Regionun nəqliyyat potensialından maksimum istifadə etmək mumi məqsədimizdir. Nəqliyyat sistemlərimizin bir-birini tamamlaması ölkələrimizin davamlı iqtisadi artımına töhfə verəcək", - nazir vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az