“Ayın sonunadək Ermənistan tərəfi ilə görüşməyi planlaşdırırıq” - Ceyhun Bayramov

20:15 - 15 Dekabr 2022

“Ayın sonunadək Ermənistan tərəfi ilə görüşməyi planlaşdırırıq” - Ceyhun Bayramov

“Azərbaycanın təşəbbüsü ilə sülh sazişi üçün, - Azərbaycan Prezidenti bunu hələ 2021-ci ilin yanvarında qeyd edib, - beş baza prinsipi elan olunub. Bu sahə üzrə bütün təşəbbüslər ölkəmiz tərəfindən həyata keçirilib. Oktyabrın 2-də bu mövzu ilə bağlı danışıqlarda məhz Azərbaycan layihəsi üzrə işlərə başlanmışdı. Layihəni Azərbaycan tərəfi hazırlamışdı. Bütün təşəbbüslər bizim tərəfimizdən gəlib”.

 

Manset.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

“Həqiqət ondan ibarətdir ki, bundan sonra noyabrın 7-də Vaşinqtonda görüş keçirilib. Ondan iki həftə sonra Azərbaycan tərəfi özünün növbəti təklifini Ermənistan tərəfinə göndərib. Bizim aramızda ilkin ünsiyyət olub. İstisna deyil ki, bu ayın sonunadək başda Ermənistanın xarici işlər naziri olmaqla, Ermənistan nümayəndə heyəti ilə yenidən görüşüb danışıqlar aparmaq planlarımız var”, - deyə nazir qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az