Prezident İlham Əliyev Rəşad Fail oğlu İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.