Qanunsuz ov edənlər SAXLANILDI

12:13 - 28 Dekabr 2022

Qanunsuz ov edənlər SAXLANILDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Mingəçevir şəhər sakini Hünər Salamov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Sabirabad rayon sakinləri Səlvər Mirəliyev, Yaşar Əsədov, Cəlilabad rayon sakinləri Samir Əsgərov və Dadaş Kazımov saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az