Xəbər verdiyimiz kimi, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvanın Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılov tutduğu vəzifəsindən azad olunub.
Hazırda Rəşad İsmayılovun yerinə təyin olunan Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Naxçıvanda - Daxili İşlər Nazirliyinin binasındadır. O Prezidentin Naxçıvana təyin etdiyi xüsusi nümayəndəsi Fuad Nəcəfli tərəfindən kollektivə təqdim edilir. İclasda bir sıra mühüm təyinatların həyata keçiriləcəyi, tapşırıqların veriləcəyi gözlənilir.
Manşet.az