Orxan Camalın qətlində əli olan rusiyalı jurnalist öldü

23:42 - 04 Yanvar 2023

Orxan Camalın qətlində əli olan rusiyalı jurnalist öldü

Azərbaycanlı yazar, şərqşünas alim Heydər Camalın jurnalist oğlu Orxan Camalın qətlində əli olan rusiyalı jurnalist Kirill Romanovski vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Mənbə xatırladır ki, Yevgeni Priqojinlə əlaqəli olan Romanovski “RİA Novosti” agentliyində hərbi jurnalist kimi çalışıb.

Onun adı 2018-ci ildə Mərkəzi Afrika Respublikasında (MAR) Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquyevin qətlindən sonra məlum olub.

“Dosye” Mərkəzinin məlumatına görə, məhz Romanovski MAR-da rusiyalı jurnalistlərə kömək etməli olan Martin adlı şəxsin əlaqə nömrələrini verib. Camal, Radçenko və Rastorquyev Bambari şəhərinə gedən yolda öldürülüb. Onlar Martinlə görüşə gedirmişlər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az