Ukraynada müharibə can almaqda davam edərkən, sərhəd mühafizə bölməsində işlədiyi iddia edilən Ukrayna mətbuatının sözçüsü tərəfindən sosial mediada paylaşılan video və fotolar reaksiyalara səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Sərhəd Birliklərinin Cənub Regional Müdirliyində mətbuat katibi vəzifəsində çalışdığı bildirilən İvanna Plantovskayanın sosial media hesablarında paylaşdığı görüntülər gündəmdədir.
Yerli mətbuatda yer alan ekran görüntülərində Plantovskayanın yeni ili Fransanın paytaxtı Parisdə qeyd edərək keçirdiyi görünür. Mətbuat spikerinin dəbdəbəli səyahət yazıları ilə partilərə qatıldığını göstərən görüntülərin ortaya çıxması böyük əks-səda doğurdu.
Sözügedən tərəfin görüntülərinin yeni olduğuna dair heç bir təsdiq yoxdur və bu görüntülərin Odessada olarkən çəkildiyi iddiaları var.
Plantovskaya reaksiyadan sonra Facebook və TikTok hesablarını bağladı, lakin fotolar və skrinşotlar sosial mediada sürətlə yayıldı.
Twitter sosial şəbəkəsində "Əsgərlər cəbhədə döyüşərkən əylənir" şərhləri yazılıb.
Davud

