Bu gün neçə nəfər peyvənd olundu?

21:44 - 11 Yanvar 2023

Bu gün neçə nəfər peyvənd olundu?

Son gün ərzində Azərbaycanda koronavirus əleyhinə 477 vaksin vurulub.

 

Bu barədə Manset.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata xəbərə görə, bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 312, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 39, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 101, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd olunanların sayı isə 25 nəfərdir.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 13 936 110, birinci mərhələ üzrə pevənd olunanların ümumi sayı 5 399 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 044, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 039, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd edilənlərin sayı isə 264 841 nəfərdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az