Ombudsmanın maaşı ARTIRILDI

19:55 - 12 Yanvar 2023

Ombudsmanın maaşı ARTIRILDI

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.

 

Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manata çatdırılıb.

Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az