Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında ölüm hadisəsi baş verib.
Manset.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Abdıyev Elçin Nadir oğlu təhsil idarəsində olarkən dünyasını dəyişib.
Regional Təhsil İdarəsi hadisə ilə bağlı açıqlamasında bildirib ki, 18 yanvar 2023-cü il tarixində Qazax-Tovuz Regional Təhsil İdarəsində keçirilən idarə müdirinin vətəndaş qəbulu zamanı vətəndaş Abdıyev Elçin Nadir oğlunun qəfildən halı pisləşmiş, əməkdaşların və təcili-tibbi yardımın ilkin müdaxiləsinə baxmayaraq Elçin Abdıyev dünyasını dəyişmişdir.