Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə Türkiyədə baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsinin birinci ili müzakirə edilib
Prezident Ərdoğan zəlzələ ilə bağlı həmrəyliyinə görə Rusiya prezidenti Putinə təşəkkür edib.
Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olması lazım olduğunu bildirən prezident Ərdoğan, İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını səmimiyyətlə istədiklərini və hər cür töhfə verməyə hazır olduqlarını bildirib.
Jalə
Manşet.az