Prezidentdən Ümumdünya Sağlamlıq Günü ilə bağlı PAYLAŞIM - FOTO

09:24 - 07 Aprel 2023

Prezidentdən Ümumdünya Sağlamlıq Günü ilə bağlı PAYLAŞIM - FOTO

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 7 Aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edilib.

 

Manset.az xəbər verir ki, paylaşımda deyilir:

“7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az