Rusiyanın hazırda münasibətlərində gərginlik yaşanan hər iki ölkə - həm Azərbaycan, həm də İranla tərəfdaş, dost əlaqələri var.
Manset.az xəbər verir ki, bu sözləri Axar.az-a tanınmış rusiyalı siyasi şərhçi Sergey Markov Azərbaycanla İran arasında münasibətlərin səviyyəsinin aşağı düşməsi haqda danışarkən deyib.
O bildirib ki, vaxtilə Rusiya-İran münasibətləri də yaxşı deyildi:
"Rusiyanın bir vaxtlar İranla münasibətləri də gərgin idi. Bu, Xameneinin Rusiyanı "balaca şeytan" adlandırdığı zamanlara aiddir. Sonra bu münasibətlər tədricən yaxşılaşmağa başladı və pozitiv, neytral bir əlaqələr formalaşdı.
Rusiya nüvə proqramı ilə bağlı İrana qarşı qoyulan sanksiyalarda iştirak etmədi. Xüsusi hərbi əməliyyat başlayandan sonra isə Rusiya ilə İran arasında münasibətlər daha da yaxşılaşdı. Ona görə ki, İran Rusiyaya müxtəlif hərbi sursatlar göndərməyə başladı".