Tacikistan Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib

18:05 - 10 Aprel 2023

Tacikistan Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib

Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Manset.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Tacikistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya” çərçivəsində gələcək əməkdaşlığa dair  fikir mübadiləsi aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az