Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istədi

13:20 - 15 Aprel 2023

Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istədi

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

“Bir vətəndaş və deputat kimi bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm”, - deyə o, özünün feysbuk səhifəsində yazıb.

O.Ağazaryan bu insidentə görə utandığını da qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az