Azərbaycan bayrağını yandıran erməni ilə bağlı ŞOK DETALLAR

17:46 - 15 Aprel 2023

Azərbaycan bayrağını yandıran erməni ilə bağlı ŞOK DETALLAR

Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışının dizayneri olub və bayraqdarın geyindiyi Azərbaycan bayrağı olan paltarı o, şəxsən özü dizayn edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Bagramyan" teleqram səhifəsinə dizayner Aram Nikolyanın yaxın çevrəsindən olan mənbə bildirib.

Onun sözlərinə görə, gördüyü iş üçün Nikolyan böyük qonorar da alıb.

"Mənbəmizi bayrağı yandırmağa cəhd edən dizaynerin bu hərəkəti təəccübləndirib, çünki Aram Nikolyanın pul müqabilində Azərbaycan bayrağı ilə tikiş tikərkən qətiyyən şikayətlənməyib. Mənbəmiz Nikolyanın hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağı yandırması ehtimalı ilə bağlı narahatlığını da ifadə edib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az