"Türkiyənin artıq həm sərt, həm də yumşaq gücü var" - XİN başçısı

17:56 - 15 Aprel 2023

\"Türkiyənin artıq həm sərt, həm də yumşaq gücü var\" - XİN başçısı

"Türkiyənin artıq həm sərt, həm də yumşaq gücü var. Biz bu güclərimizdən balanslı, yerli-yerində istifadə etməklə böyük siyasi aktor olmuşuq".

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşündə deyib.

O bildirib ki, Türkiyə təsir gücünü daha da genişləndirməyə, şanlı türk bayrağını dünyanın ən yüksək zirvələrində dalğalandırmağa davam edəcək.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə bütün sahələrdə təşəbbüskarlıq göstərir:

“Biz koronavirus pandemiyası dövründə bütün ölkələrə kömək etməyə çalışdıq. Ona görə də ölkəmizdə baş verən zəlzələdən sonra dünya ölkələri bizə dəstək oldular”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az