“Medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik” - İrəvanda qızıl medal qazanan Türkiyə atleti

22:25 - 15 Aprel 2023

“Medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik” - İrəvanda qızıl medal qazanan Türkiyə atleti

“Çox xoşbəxtik. Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”.

 

Manset.az xəbər verir ki, bunları İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli atlet Cansu Bektaş deyib.

“Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun. Sizi çox sevirik, hər zaman yanınızdayıq”, - Avropa çempionatının qızıl medalçısı deyib.

Qeyd edək ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.

İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az