Bakı Limanı ilə Çinin Qinqdao Limanı arasında anlaşma memorandumu imzalandı

13:31 - 17 Aprel 2023

Bakı Limanı ilə Çinin Qinqdao Limanı arasında anlaşma memorandumu imzalandı

Bu gün Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Çinin Qinqdau Limanı ilə qardaşlaşmış limanlar memorandamu imzalanması münasibəti ilə inşa edilmiş abidənin açılış mərasimi keçirilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, abidə Qinqdao Limanının hədiyyə etdiyi və Abşeron qayaları üzərində yerləşdirilən 80 ildən çox yaşı olan mayakdan ibarətdir.

Onun Qədim İpək yolu üzərində yerləşən Bakı Limanında ucaldılması, Azərbaycanın hələ qədim dövrlərdən Çin ilə ticarət və dostluq əlaqələrnin olmasını və müasir dövrdə də bu fəaliyyətin daha da inkişaf etdirilmiş formada davam etdirilməsini simvolizə edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az