XİN-dən İranda itkin düşən azərbaycanlı barədə AÇIQLAMA

15:10 - 17 Aprel 2023

XİN-dən İranda itkin düşən azərbaycanlı barədə AÇIQLAMA

İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Hazırda bu məsələ araşdırılır. Son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az