“Vaşinqton Bakı ilə İrəvan arasında danışıqları dəstəkləyir və tərəflərin birbaşa dialoqunu Cənubi Qafqazda nizamlanmanın yeganə yolu hesab edir”.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.
Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının vacibliyini bildirən Blinken ABŞ-ın bu məsələdə yardım etməyə hazır olduğunu vurğulayıb.