Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Manset.az xəbər verir ki, görüş Vaşinqtonda keçirilir.
Qeyd edək ki, bundan əvvəl Mirzoyan və Ceyhun Bayramov Blinkenlə ayrı-ayrılıqda ikitərəfli, daha sonra üçtərəfli görüş keçiriblər.