Kəmaləddin Heydərov iclas keçirdi

18:00 - 03 May 2023

Kəmaləddin Heydərov iclas keçirdi

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı Təşkilat Komitəsinin iclasında iştirak edib.

 

Federasiyadan Manset.az-a verilən məlumata görə, Təşkilat Komitəsinin sədri olan K. Heydərov çıxışında mötəbər yarışın Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu bildirib.

Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley tədbiri Bakıda qeyd olunacaq və paytaxta 3 000-dək qonağın gəlişi gözlənilir.

Qeyd edək ki, dünya çempionatı 29 may – 4 iyun tarixlərində keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az