“Bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir” - Prezident

10:53 - 28 May 2023

“Bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir” - Prezident

"Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm”.

 

Manset.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

Bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası olduğunu vurğulayan dövlət başçısı deyib:

“Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az