Prezident Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini AÇIQLADI

14:36 - 28 May 2023

Prezident Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini AÇIQLADI

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, dövlət başçısı bu barədə mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb.

O qeyd edib: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az