Ərdoğan İlham Əliyevin təbrikindən danışdı

22:12 - 28 May 2023

Ərdoğan İlham Əliyevin təbrikindən danışdı

Xəbər verdiyimiz kimi, Türkiyədə keçirilən prezident seçkilərində növbəti dəfə qalib gələn Rəcəb Tayyib Ərdoğan Kısıklıda xalqa müraciət edib.

 

Manset.az xəbər verir ki, Ərdoğan çıxışında xalqa öz təşəkkürlərini ifadə edib.

O, bununla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla digər həmkarlarından təbrik mesajları və zəngləri aldığını qeyd edib: “Hazırda xarici ölkələrin liderləri zəng edərək təbrik edir. Bir az əvvəl Azərbaycan Prezidenti İlham Əliyev zəng etdi. Bundan əlavə, Özbəkistan lideri Şavkat Mirziyoyev də zəng etdi. Hər kəs ard-arda təbrik edir. Həmçinin Qətər və Liviyadan da təbriklər gəldi”.

Türkiyə mediası və əksər televiziya kanalları İlham Əliyevin Ərdoğanı təbrik etməsi xəbərinə geniş yer verib və bu təbrik xüsusi vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az