Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı

23:52 - 09 İyun 2023

Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı

Əlverişsiz hava şəraiti səbəbilə yolu azaraq Ermənistana keçən və əsir götürülən azərbaycanlı hərbçi Hüseyn Axundovun “məhkəməsi” keçirilib.

 

Manset.az xəbər verir ki, məhkəmənin qərarına əsasən H.Axundovun həbs müddəti daha 3 ay müddətinə uzadılıb.

“Məhkəmə” iclası bağlı qapılar arxasında keçirilib.

Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az