"Açıq mikrofon" Samuxda - FOTOLAR

20:04 - 12 İyun 2023

\"Açıq mikrofon\" Samuxda - FOTOLAR

"Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Samux rayonunda təşkil olunub.

 

Manset.az xəbər verir ki, aksiyaya qatılan 10-a yaxın sakindən 7-si müraciətini ünvanlayıb.

Mikrofon önünə keçən Əliyar Muradov Hacıalılı kəndinin genişlənmiş hissəsində salınan 80-ə yaxın fərdi yaşayış evinin sakinləri adından çıxış edərək qeyd edilən əraziyə qaz xəttinin çəkilməsini xahiş edib.

Abonentlərin etdiyi müraciətlər isə qapı keçidinin quraşdırılması və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.

Gəncə RQİİ-nin rəhbər şəxsləri tərəfindən ünvanlanan müraciətlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün tapşırıqlar verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az