Sərhədçilərimizə atəş açılan ərazidən görüntülər

19:48 - 15 İyun 2023

Sərhədçilərimizə atəş açılan ərazidən görüntülər

Xəbər verdiyimiz kimi, iyunun 15-i saat 08 radələrində Ermənistan Silahlı Qüvvələri terror-təxribat əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti Məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə bir nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

 

Manset.az xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdirilib, maddi sübutlar götürülüb.

Ərazidə çəkilən fotoları təqdim edirik:

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az