Kərim Vəliyev Hulusi Akarla görüşdü - FOTOLAR

15:41 - 13 Sentyabr 2021

Kərim Vəliyev Hulusi Akarla görüşdü - FOTOLAR

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb.

Manset.az-ın xəbərinə görə, nazir K.Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

H.Akar Türkiyənin "bir millət, iki dövlət" anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı mübarizəsində yanında olmağa davam edəcəyini vurğulayıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az