"Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir" - Prezident

12:09 - 23 İyul 2023

\"Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir\" - Prezident

"Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir".

 

Manset.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə ünvanladığı təbrik məktubunda yer alıb.

"Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir", - təbrikdə deyilir.

Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az