Modernizə edilmiş “Laçın” təyyarəsinin sınaq uçuşları keçirildi - VİDEO

14:00 - 29 İyul 2023

Modernizə edilmiş “Laçın” təyyarəsinin sınaq uçuşları keçirildi - VİDEO

Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir.

 

Müdafiə Nazirliyindən Manset.az-a verilən xəbərə görə, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində “Türk Aviasiya və Kosmik Sənaye Şirkəti” (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.

“Laçın” layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş “Laçın”) təyyarəsinin sınaq uçuşları keçirilib.

Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə görülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

 

Qeyd edək ki, İstanbulda “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi (“Laçın”) müqaviləsinin imzalanma mərasimi” keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az