BQXK əməkdaşları saxlanılan erməni əsilli şəxsə baş çəkiblər

17:32 - 30 İyul 2023

BQXK əməkdaşları saxlanılan erməni əsilli şəxsə baş çəkiblər

29 iyul tarixində BQXK əməkdaşları, eyni gündə saxlanılan erməni əsilli şəxsə baş çəkiblər. Həmin şəxsə ailəsi ilə əlaqə üçün şərait yaradılıb.

 

Manset.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az